Modern.az Türkiyənin “Sabah” qəzetinə istinadən bildirir ki, mehmetciyin Hakkarinin Çukurca bölgəsinin Kazan Vadisində həyata keçirdiyi əməliyyat nəticəsində xain terrorçu Mizbah Ezer öldürülüb.
Diyarbəkir bölgəsində qeydiyyatda olan“Brusk Əhməd” kod adlı 36 yaşındakı PKK-çının Hakkaridən məsul şəxs olduğu ortaya çıxıb.
O, 9 silahlı və bombalı hücumda iştirak etməkdə suçlu bilinərək haqqında həbs edilmək əmri verilmişdi.
Ezer 9 avqust 2008-ci ildə Ərzincanın Kemah bölgəsində polkovnik-leytenant Mikdad Şamdançının komandiri olduğu 9 əsgərin minalı ərazidə öldürülməsi əmrini verib. Hadisədə birbaşa iştirak etməsi səbəbi ilə Ərzurum Prokrorluğu tərəfindən onun barəsində həbs edilmək əmri verilmişdi.
Ezer Tunceli bölgəsində 23 nəfərdən ibarət qrupa rəhbərlik edib və “Haydaran gücü” adlandırdığı təşkilatın Pülümür bölgəsində 5 il silahlı fəaliyyət göstərib.
O, eyni zamanda 2007-ci ildə Kocatepe polis bölməsinə də hücum təşkil etmişdi. Bölmənin lazimi ləvazimatlarını daşıyan maşını oğurlayaraq polis bölməsinin bağçasına girən Ezer və onunla birlikdə olan terrorçular 7 əsgəri şəhid edib, 7-sini isə yaralayıblar. Hücumun təlimatını vermək günahına görə isə o, Malatya Prokrorluğu tərəfindən axtarılırdı.
Bundan başqa o, Türkiyənin başqa bölgələrində də “Qaradəniz Əyaləti”nə bağlı qrupla birlikdə rəftar edərək bir sıra hücumlarda iştirak etməsinə görə axtarılırdı.
Son olaraq Çukurcada 24 əsgərin şəhid edilməsi hücumunda da iştirak etdiyi bildirilən terrorçu Ezer hücumdan sonra Kazan Vadisində gizlənmişdi.
Modern.az