st1:*{behavior:url(#ieooui) }
İran Futbol Federasiyası keçdiyimiz günlərdə “Persepolis” komandasının oyunçularının qol sevincini biruzə verərəkən etdikləri qeyri-etik hərəkətləri cəzasız buraxmadı. “Persepolis”in 3-2 hesabı ilə qazandığı matçda bir-birlərinə qarşı qeyri-etik hərəkətlər edən Nosrati və Rezaei müddətsiz olaraq futbol sahələrindən məhrum edildilər.
“Persepolis”in birinci hissədə atdığı qolun ardından sevinc hərəkəti əsnasında İran millisinin də formasını geyən Məhəmməd Nosreti komanda yoldaşı Şeys Rezaeiyə qarşı qeyri-etik zarafatla - əl hərəkətilə matça damğasını vurdu. 13 nömrəli Rezaei ani reflekslə komanda yoldaşının əlini geri itələməyə çalışsa da, hadisə kameralardan qaçmamışdı.
Matçın ikinci yarısında da bənzər hadisə yaşandı. Atılan ikinci qolun ardından bu dəfə ilk zarafatın qurbanı olan 13 nömrəli Rezayi bənzər hərəkəti digər komanda yoldaşına etmişdi.
İran mətbuatı canlı olaraq dövlət televiziyasından yayımlanan matçda futbolçuların bu yersiz zarafatına çox sərt reaksiya vermişdi.
Modern.az