Modern.az

Ermənistanda yüksək post tutan 3 vəzifəli şəxs istefa verib

Ermənistanda yüksək post tutan 3 vəzifəli şəxs istefa verib

Dünya

2 Noyabr 2011, 09:26

Ermənistanda eyni gündə yüksək post tutan üç vəzifəli şəxs işdən gedib. Noyabrın 1-də prezident Serj Sərkisyan Ermənistan Polisinin rəisi Alik Sərkisyanı tutduğu vəzifədən azad edib.
Alik Sərkisyanı yerinə müdafiə nazirinin müavini Vladimir Qasparyan gətirilib. Alik Sərkisyan isə Ermənistan prezidentinin müşaviri təyin olunub.

Ermənistan parlamentinin spikeri Ovik Abramyan da istefa verib. "Novosti-Armeniya" agentliyinin məlumatına görə, təmsil etdiyi Respublikaçılar Partiyası gələcək parlament seçkilərində seçki qərargahının rəhbəri vəzifəsinə onun namizədliyi irəli sürüb.
Ermənistanda 2012-ci ilin may ayında parlament seçkiləri keçiriləcək.

Noyabrın 1-də Ermənistan baş nazirinin müavini, ərazi idarə olunması üzrə nazir Armen Qevorkyan istefa verib. Məlumatı "İnterfaks" yayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza