Modern.az

Ermənistan ordusunun polkovnikinə qarşı sui-qəsd olub

Ermənistan ordusunun polkovnikinə qarşı sui-qəsd olub

Dünya

14 Noyabr 2018, 14:47

Ermənistan paytaxtında ötən gecə silahlı insident baş verib. 

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nor-Nork rayonunda 53 yaşlı Karen D. adlı şəxs “Nissan” markalı avtomobilinə atəş açıldığını deyib.

 

Hadisə zamanı avtomobilin şüşələri sınıb. Faktla bağlı Ermənistan polisi araşdırmalara başlayıb.

Məlumata görə, Karen D. Ermənistan Müdafiə Nazirliyi baş idarəsinin rəis müavinidir.  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal