Modern.az

Dəhşətli yanğında 63 nəfər öldü, 630 nəfər itkin düşdü

Dəhşətli yanğında 63 nəfər öldü, 630 nəfər itkin düşdü

16 Noyabr 2018, 10:02

ABŞ-ın Kaliforniya ştatında baş verən “Camp Fire” adlandırılan dəhşətli yanğınlarda ölənlərin sayı 63-ə, itkin düşənlərin sayı isə 630-a çatıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın Kaliforniya ştatının tarixində ən dəhşətli və geniş yanğın hesab olunur.

 

“Camp Fire” yanğını San Fransisko şəhərindən 175 kilometr şimalda yerləşən Syerra-Nevada dağının ətəklərində baş verib. Yanğından əvvəl ərazidə güclü quraqlıq olub.

 

Ərazidən 50 min insanın evakuasiya olunduğu bildirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal