Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının dövlət katibi xanım Hillari Klintona başsalığı məktubu ünvanlayıb. Modern.az AzTV-yə istinadən xəbər verir ki, məktubda deyilir:
- Hörmətli xanım Klinton,
Ananız xanım Doroti Rodemin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.