Modern.az

Azercell-in prezidenti Azerfon-u "vurdu": "Azerfon-un hansı xidməti bizdən keyfiyyətli olub ki..?"

Azercell-in prezidenti Azerfon-u "vurdu": "Azerfon-un hansı xidməti bizdən keyfiyyətli olub ki..?"

Ölkə

2 Noyabr 2011, 20:30

Ali Ağan: "Azercell-in göstərəcəyi 3G xidmətinin sürəti, qiyməti və videozənglərin keyfiyyəti Azerfon-dan yüksək səviyyədə olacaq"


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dünənki kollegiya iclasında Azercell Telecom və Bakcell operatorlarına 3G mobil rabitə xidməti göstərməsi üçün lisenziyaların verilməsi ilə bağlı qərar qəbul edilib.

Modern.az saytının məlumatına görə, Azercell-in prezidenti Ali Ağan bu gün sözügedən məsələylə bağlı mətbuat konfransı keçirib. O, 3G lisenziyasının əslini mətbuat konfransında jurnalistlərə nümayiş etdirib.

Ali Ağan bildirib ki, 3G xidmətləri göstərməsi üçün Azercell-ə ayrılan tezlik hazırda B&B TV-nin istifadəsindədir. Ona görə də xidməti nə vaxtdan tətbiq etməyə başlayacaqlarını dəqiq söyləyə bilməz. Hələ oktyabrın 27-dən B&B TV-yə xəbərdarlıq olunub və iki ay ərzində bu tezlik boşaldılsın. Lakin B&B TV indiyədək tezliyi boşaltmayıb.

“3G xidmətlərini tətbiq etməyə başlamağımız tezliyin nə vaxt boşaldılacağından asılıdır. Ümid edirik ki, qısa müddətdə bütün ölkə ərazisində bu xidmətləri göstərməyə başlayacağıq. Baza stansiyalarının sayı da buna imkan verir”-deyə A.Ağan bildirib.

Ali Ağan deyib ki, Azercell-in göstərəcəyi 3G xidmətinin sürəti, qiyməti və videozənglərin keyfiyyəti Azerfon-dakından yüksək səviyyədə olacaq.
“Azerfon-un hansı xidməti bizdən keyfiyyətli olub ki?”-deyə Ali Ağan vurğulayıb

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər