Modern.az

Azərbaycan generalının qardaşı oğlu cəbhədə həlak olub

Azərbaycan generalının qardaşı oğlu cəbhədə həlak olub

Ölkə

3 Noyabr 2011, 10:08

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun zabiti şəhid olub. Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayevin bildirdiyinə görə, hadisə noyabrın 2-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında qeydə alınıb.

Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində leytenant, 1986-cı il təvəllüdlü Əliyev Emin Elmar oğlu şəhid olub.

Qeyd edək ki, şəhid olan zabit Silahlı Qüvvələrin Akademiyasında qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyevin qardaşı oğludur.

Babası, atası və əmisi kimi hərbçi olmaq istəyən və 8 il hərbi təhsil alan Emin Əliyev üç ay idi ki, cəbhə xəttində yerləşən hissəyə təyinat almışdı. Əmisi general Lənkəran Əliyev ANS-ə açıqlamasında tağım komandiri olan Eminin öz əsgərləri ilə birgə səngərdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğunu deyib.

"Müşahidə aparmaq üçün sektoru təmizləmək tapşırığı veribmiş. Bu tapşırığı dəqiqləşdirmək üçün bir az qabağa çıxıb, səngərdən yuxarı başını qaldırıb, qaldıran kimi də əks tərəfdən snayper gülləsi ilə başından vurulub. Emin tək oğul idi, bizim nəslimizin davamçısı idi. Hadisə dünən baş verib və bununla da demək olar ki, bizim nəslimizin davamçısı qalmayıb".

Modern.az
  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər