Modern.az

Azərbaycanda 1962 əkiz, 84 üçəm doğulub - STATİSTİKA

Azərbaycanda 1962 əkiz, 84 üçəm doğulub - STATİSTİKA

17 Noyabr 2018, 10:06

2018-ci ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 103 371 doğulan körpə qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Bu göstərici əhalinin hər 1000 nəfərinə 14,1 doğum təşkil edib.

Qeyd edək ki, doğulan körpələrdən 1962-si əkiz, 84-ü isə üçəm olub.

 

Rəsmi məlumata görə, Azərbaycanda uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI