Bu gün Milli Məclisdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarına yeni təyin olunmuş səfiri Elin Süleymanov ilə qurumun Beynəlxalq münasibətlər və parlamentlərarsı əlaqələr komitəsinin üzvlər arasında görüş keçiriləcək.
Bu barədə Modern.az saytına komitənin üzvü Asim Mollazadə məlumat verib.
Deputat deyib ki, görüşdə birgə fəaliyyət, əməkdaşlıq məsələləri müzakirə olunacaq:
“Komitə belə qərara gəlib ki, bundan sonra Azərbaycanın hər yeni təyin olunan səfiri ilə bu şəkildə görüş keçirilsin. Gələcək əməkdaşlıq, parlamentlərarası əlaqələrin genişlənməsi baxımından belə görüşlərin böyük əhəmiyyət daşıyacağını düşünürəm”.
Modern.az