Bu gün Fransada benzinin qiymətinin qalxmasına qarşı keçirilən “Sarı jiletlilər“in etiraz aksiyası zamanı xəsarət alanların sayı 227 nəfərə çatıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yaralılardan 6-sının vəziyyəti ağırdır. Aksiya zamanı 117 nəfər saxlanılıb, onlardan 75 nəfəri nəzarətə götürülüb. Etirazlar zamanı 10-a yaxın polis və jandarm əməkdaşı da yaralanıb.
Bu saatlarda aksiyalarda 282 min nəfərin iştirak etdiyi deyilir.
Qeyd edilir ki, aksiya iştirakçıları təkcə yanacağın qiymətinin və ona qoyulan vergilərin artırılmasına deyil, həm də ölkədə bütün qiymətlərin artımına etirazlarını bildirirlər.