Modern.az

Sinoptiklər hava ilə bağlı yenə xəbərdarlıq ediblər

Sinoptiklər hava ilə bağlı yenə xəbərdarlıq ediblər

Təhsil

3 Noyabr 2011, 12:51

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti buludlu olacaq, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. 
Havanın temperaturunun gecə 6-11 dərəcə, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir. 

Rayonlarında  isə hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9 dərəcə, gündüz 13-18 dərəcə, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 4-9 dərəcə şaxta təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti eyni zamanda tibbi-meteoroloji proqnozu da açıqlayıb. Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, nisbi rütubətin normadan bir qədər yüksək olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama