Modern.az

Azərbaycandan Həccə gedən zəvvarlar arasında keçmiş polis rəisləri də var

Azərbaycandan Həccə gedən zəvvarlar arasında keçmiş polis rəisləri də var

Ölkə

3 Noyabr 2011, 13:57

Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki müqəddəs Kəbəni ziyarətə gedən azərbaycanlı zəvvarların Həcc ziyarəti davam edir. Zəvvarlar qrupunun üzvləri Modern.az saytına bildiriblər ki, onlar dini ayinləri icra edirlər, artıq Kiçik Həcc ziyarəti başa çatıb. Zəvvarlarımız sabahdan böyük Həccin əməllərinə başlayacaqlar.

Modern.az saytına məlum olub ki, bu il Həccə gedən azərbaycanlı zəvvarlar arasında xeyli tanınmış sima var. Məsələn, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül, sabiq deputat Hüseyn Abdullayev, jurnalist Pərviz Həşimli və başqaları.

Saytımıza məlum olub ki, Məkkəni ziyarətə gedən zəvvarlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovdur.

Eyni zamanda günahlarının bağışlanması üçün Allahın evinə gedən azərbaycanlı zəvvarlar arasında xeyli sabiq polis rəisinin də olduğu bildirilir. Modern.az saytı Həccə gedən sabiq polis rəislərinin adını dəqiqləşdirə bilməyib.
Bundan başqa, xeyli azərbaycanlı iş adamı -  sahibkarlar, biznesmenlər də bu il Həccə gedənlər sırasındadır.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Azərbaycandan Həccə 2000 zəvvar avtobus və təyyarələrlə gedib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər