Modern.az

Putin 7 milyardıncı uşağın ailəsinə mənzil bağışladı

Putin 7 milyardıncı uşağın ailəsinə mənzil bağışladı

Təhsil

3 Noyabr 2011, 14:50

Rusiyanın baş naziri Vladimir Putin Kalininqrad şəhərində bir neçə gün bundan əvvəl doğulan və rusların dünyanın 7 milyardıncı uşağı hesab etdiyi Pyotr Nikolayevi ziyarət edib.

Putin uşağı quçağına alıb və kameralara poza verib. Modern.az saytının Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir uşaq görmə hədiyyəsi olaraq onun ailəsinə mənzil hədiyyə edib.

Uşağın dünyaya gəldiyi Doğum Evinin otağına daxil olan Putin Pyotrun anası Yelenaya bir dəstə gül bağışlayıb. Putin daha sonra əlindəki sənədi anaya uzadaraq “sizlərə bir müjdəm var ” deyərək onlara mənzil bağışladığını söyləyib.

Məlumata görə, ikiotaqlı mənzildə məskunlaşan ailə Putinin hədiyyə etdiyi təzə mənzillə daha geniş evdə yaşayacaqlar.

Ananın səhhəti ilə maraqlanan Putin “7 milyardıncı insan siyahısına daxil olmağı necə bacardınız” sualını verib. Uşağı anasının isə Putinə cavabı belə olub: “Bunu uşaq bacardı, mən adi anayam, uşaq isə 7 milyardıncı. Qismət belə imiş”. Daha sonra Putin uşağı qucağına alaraq “çox gözəldir” deyib. 

Putin Doğum Evindən ayrılmamışdan qabaq hədiyyə etdiyi mənzilin sənədlərini də imzalayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama