Noyabrın 3-də vəkil Aslan İsmayılov Vəkillər Kollegiyasına dəvət olunub. Vəkil “Media forum”a bildirib ki, ona Rəyasət Heyətinin qərarı ilə töhmət verildiyi elan olunub.
Vəkillər Kollegiyasına Aslan İsmayılovdan şikayət verilmişdi. Şikayətçi Aslan İsmayılovun rəhbərlik etdiyi “Viza” hüquq firmasına 500 manat pul ödədiyini, amma firmanın onunla müqaviləyə əməl etmədiyini, lazımi işləri görmədiyini, həmçinin pulu geri qaytarmadığını və onunla kobud davranıldığını iddia edib.
Aslan İsmayılov cəzanı qəbul etmədiyini, ədalətsiz saydığını deyib: “Çox güman ki, bu yaxınlarda bir şou da qurub məni vəkillikdən çıxaracaqlar”.
Modern.az