Modern.az

Trampdan Pakistana qarşı ağır ifadələr

Trampdan Pakistana qarşı ağır ifadələr

19 Noyabr 2018, 22:36

“Pakistana artıq milyardlarla dollar ödəniş etməyəcəyik. Çünki onlar bizim üçün heç nə etmirlər”. Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Tvitter” hesabında yazıb.

 

Donald Tramp daha sonra Pakistana qarşı ağır ifadələr işlədib: "Əlbəttə, Üsamə Ben Ladeni daha əvvəl tutmaq lazım idi. Dünya Ticarət Mərkəzinə hücum öncəsi yazdığım kitabda bu barədə qeyd etmişdim. Klinton şansını itirdi. Pakistana milyardlarla ödəniş etdik, bizə onun yerini də demədilər. Axmaqlar”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal