Modern.az

Qaçqın-köçkün gənclər Bayraq gününü qeyd ediblər

Qaçqın-köçkün gənclər Bayraq gününü qeyd ediblər

Təhsil

3 Noyabr 2011, 21:32
Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Üçüncü Sektor QHT Koalisiyası ilə birlikdə noyabrın 3-dəBeynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə dəyirmi masa keçirib. Tədbirin əvvəlində şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Qurban bayramı münasibətilə təbrikini səsləndirib. O, Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi ilə ölkəmizin BMT-nin Təhlükəsizlik  Şurasına qeyri-daimi üzv seçilməsinin eyni vata təsadüf etməsini uğurlu əlamət saydığını vurğlayıb . V.Qədirov xatırladıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli 9-XII nömrəli qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsis edilməsi mərhum prezident Heydər Əliyev adı ilə bağlıdır. “9 noyabr tarixini bayram günü kimi qeyd etməyimiz dövlətimizin atributlarından olan bayrağımıza Prezidentin verdiyi ən böyük dəyərdir”- deyə V.Qədirov bildirib.  

Tədbirdə Milli Məclisin deputatları Flora Qasımova, Fuad Muradov, Zirvə Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri Şahin Qədirov, Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyinin sədri Kəmalə Əliyeva, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, Sağlam İnkişaf və Marifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov və digər çıxış edənlər Azərbaycanda Bayraq gününün bayram edilməsini müstəqilliyimizin gələcəkdə daha da möhkəmlənib, qüdrətlənməsinə xidmət edən əsas amillərdən biri olacağını vurğulayıblar.


Modern.az
    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama