Bu gün yerli vaxtla saat 07:00-də Ağstafa rayonundan 22 kilometr şimali-şərqdə zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az saytına verilən məlumata görə, zəlzələ bu gün yerli vaxtla 07:00:12-də Ağstafadan 22 kilometr şimali - şərqdə qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.00, dərinliyi isə 10 kilometr olub.
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, noyabrın 3-ü saat 15.22-də Masallı ərazisində, noyabrın 4-ü saat 01.49-da isə Xəzər dənizində, Lənkərandan 45 km cənubi-şərqdə zəlzələ qeydə alınıb.
Modern.az