Modern.az

Ziyafət Əsgərov Astanaya gedir  

Ziyafət Əsgərov Astanaya gedir  

Aktual

23 Noyabr 2018, 17:54

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov noyabrın 24-də Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək.

 

Parlamentin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, birinci vitse-spiker “Astana - qlobal inteqrasiya, təhlükəsizlik və sülh mərkəzi” mövzusunda beynəlxalq parlament konfransına qatılacaq.

 

Tədbirdə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı, beynəlxalq təhlükəsizliyin təmin edilməsi, regional münaqişələrin həlli istiqamətində beynəlxalq təşəbbüslər və digər məsələlər müzakirə olunacaq.

 

Səfər noyabrın 26-da başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular