Modern.az

İdmançı istədiyi vaxt prezidentə zəng edə biləcək

İdmançı istədiyi vaxt prezidentə zəng edə biləcək

Dünya

23 Noyabr 2018, 23:03

Rusiya Prezidenti Vladimir Putin MMA döyüşçüsü Həbib Nurməhəmmədova telefon nömrəsini verib və istənilən vaxt zəng edə biləcəyini deyib. Modern.az xəbər verir ki, bunu H.Nurməhəmmədovun avtobioqrafiya kitabının həmmüəllifi Zaur Qurbanov bildirib.

 

O, Putinin Nurməhəmmədova UFC çempionatının final döyüşündən sonra zəng etdiyini deyib.

 

“Vladimir Vladimiroviç döyüşü izləyirdi. O, bu sözləri dedi: “Səninlə fəxr edirik, təxribatlara önəm vermə. Əgər nə isə olsa, istənilən vaxt bu nömrəyə zəng edə bilərsən. Başını dik tut. Böyük məmnuniyyətlə səni qonaq gözləyirəm”, - deyə Z.Qurbanov bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal