Modern.az

Azərbaycanda bələdiyyə seçkilərinin təşviqatı başlayıb

Azərbaycanda bələdiyyə seçkilərinin təşviqatı başlayıb

7 Noyabr 2011, 12:42

Noyabrın 7-də Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına start verilib. Təşviqat kampaniyası 21 gün davam edəcək və səsvermənin başlanmasına 24 saat qalmış, yəni noyabrın 29-da saat 8.00-da başa çatacaq.

Modern.az-ın məlumatın görə, noyabrın 30-da keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 1561namizəd mübarizə aparır.
Bu seçkilərdə ölkədə siyasi partiya və ya blok qeydə alınmadığından, yalnız qeydə alınmış namizədlər təşviqat aparacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama