Azərbaycan Cənubi Sudana sülhmərmalı göndərir.
Modern.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin imzası ilə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə layihə daxil olub.
Layihədə qeyd olunur ki, 4 nəfərlik heyət BMT sülhməramlıları missiyası tərkibində Cənubi Sudana göndərilir.
Onlardan 3-ü zabit, 1-i isə müşahidəçi qismində təmsil olunacaq.
Qeyd edək ki, Cənubi Sudanda hazırda çox dərin siyasi-hərbi böhran yaşanmaqdadır. BMT bu prosesi öz nəzarətinə götürüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hərbi qulluqçularımızın 2019-cu ilin yanvar ayında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulub.