Modern.az

Elmira Süleymanova və Qənirə Paşayeva əsgərlərlə görüşüblər (FOTOLAR)

Elmira Süleymanova və Qənirə Paşayeva əsgərlərlə görüşüblər (FOTOLAR)

Təhsil

8 Noyabr 2011, 11:03

Millət vəkili Qənirə Paşayeva və Ombudsman Elmira Süleymanova Qurban bayramı və 9 noyabr - Dövlət Bayrağı günü münasibəti ilə Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə olublar. 
Modern.az-ın məlumatına görə, onlar əsgərlərin andiçmə mərasimində iştirak edərək təbriklərini çatdırıblar. Yeni xidmətə başlamış əsgərlər Vətənə sadiq olacaqlarına, layiqli xidmət edəcəklərinə and içiblər. Daha sonra əsgərlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva, Ombudsman Elmira Süleymanova, Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov onları Qurban və Dövlət Bayrağı günü və andiçmə münasibətilə təbrik edib, əsgərlərə Vətənə və valideynlərinə layiqli övlad olmalarını, vəzifə borclarını layiqincə yerinə yetirməyi arzulayıblar. Daha sonra kəşfiyyat bölüyünün əsgərlərinin nümunəvi çıxışları olub. Bundan sonra xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr verilib. Tədbir daha sonra incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib. 





Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama