Modern.az

Gürcüstanda prezident seçkiləri ilə bağlı ilkin məlumatlar AÇIQLANDI

Gürcüstanda prezident seçkiləri ilə bağlı ilkin məlumatlar AÇIQLANDI

Dünya

28 Noyabr 2018, 11:18

Gürcüstanda prezident seçkilərinin 2-ci turu saat 8:00-dan etibarən başlayıb.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saat 10:00 üçün məlumatına görə seçicilərin 7,26%-i yaxud 255 mindən çoxu artıq səs verib.

 

Seçki məntəqələri Gürcüstanda saat 20:00-da, xarici ölkələrdə isə gecə yarısı bağlanacaq.  Ölkədə səs vermə hüququnun ümumilikdə, 3 milyon 528 min nəfərə məxsus olduğu bildirilir.

Gürcüstan prezidentliyinə “Vahid Milli Hərəkat” partiyasından Qriqol Vaşadze və “Gürcü Arzusu”nun dəstəklədiyi bitərəf namizəd Salome Zurabişvilidir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal