Modern.az

Komitə sədrinin sabiq müavini: “İşdən çıxmaq üçün könüllü ərizə yazdım”  

Komitə sədrinin sabiq müavini: “İşdən çıxmaq üçün könüllü ərizə yazdım”   

28 Noyabr 2018, 11:50

“Hələ ki, istirahət edirəm. Həyat davam edir”. Bu sözləri Modern.az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin keçmiş sədr müavini  Gəray Fərhadov deyib.


Gəray Fərhadov vəzifəsindən azad olunması ilə bağlı da danışıb:

“Səhhətim və müəyyən problemlərlə əlaqədar könüllü olaraq ərizə yazdım. İşdən çıxarılma səbəbim məhz budur. Mənim işlədiyim zamanda heç bir şəxslə bağlı narazılığım, problemim olmayıb”.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin bir neçə gün öncə imzaladığı müvafiq sərəncamla Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini  Gəray Fərhadov vəzifəsindən azad edilib.

Digər sərəncamla Sabir Əhmədov Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə gətirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?