"Eurovision Mahnı Müsabiqəsi-2012" üçün Milli seçim turunun ilkin dinləmələri başa çatıb.
Sənədləri qəbul olunmuş 119 nəfər iştirakçı dinləmələr zamanı səs və səhnə imkanlarını nümayiş etdirib.
Milli seçimin dinləmələrində münsiflər heyətində İctimai Televiziyanın aparıcıları, "Eurovision" Mahnı Müsabiqəsində şərhçilər Leyla Əliyeva, Hüsniyə Məhərrəmova, müsiqiçi Zəhra Bədəldəyli, mügənnilər Natəvan Şeyxova və Tünzalə Ağayeva təmsil olunub.
Modern.az