Çinin Jilin əyalətində nəhəng reklam lövhəsi güclü külək səbəbindən piyadaların üzərinə aşıb. Modern.az xəbər verir ki, hadisə zamanı 4 nəfər xəsarət alıb.
Məlumata görə, yaralılardan 2-si yüngül xəsarətlərlə ötüşüb, digər ikisində isə bədənin müxtəlif nahiyələrində qırıq və çıxıqların olduğu deyilib.