Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda səslərin 31,88 faizi hesablanıb. Modern.az xəbər verir ki, sayılan səslərin nəticəsinə görə, hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənən Salome Zurabişvili liderlik edir.
Mərkəzi Seçki Komitəsinə istinadən verdiyi məlumata görə, S.Zurabişvili 57, 37 faiz, onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 31,88 faiz səs toplayıb.
Qeyd edək ki, daha əvvəl S.Zurabişvilinin qələbəsini 2 müxtəlif "exit poll" təsdiqləyib.