Modern.az

Marneulidə seçki sonrası qarşıdurma oldu

Marneulidə seçki sonrası qarşıdurma oldu

Dünya

29 Noyabr 2018, 00:29

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun İmir kəndindəki 59 saylı seçki məntəqəsində səslərin sayılmasından sonra qarşıdurma baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, müxalif Vahid Milli Hərəkat Partiyasının tərəfdarları seçki məntəqəsinin protokolunun hakim partiya nümayəndələri tərəfindən götürüldüyünü iddia edirlər.

 

Partiyanın üzvü, deputat Azər Süleymanov 59 saylı seçki məntəqəsində Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzenin qalib gəldiyini deyib: “Hakim partiyanın nümayəndələri polis nəfərləri ilə birgə məntəqədən protokolu aparıblar. Sənəd qaytarılmayana qədər tərəfdarlarımız məntəqədən uzaqlaşmayacaq”.

 

Hazırda seçki məntəqəsi ətrafında Q.Vaşadzenin tərəfdarları toplanıb. Hadisə yerinə polis cəlb olunub. Müxalif partiya tərəfdarları və polis arasında mübahisə və qarşıdurma yaşanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal