Modern.az

Gürcüstan MSK: Səslərin 97%-i hesablanıb - Zurabişvilinin qələbəsi qətiləşir - YENİLƏNİB-2

Gürcüstan MSK: Səslərin 97%-i hesablanıb - Zurabişvilinin qələbəsi qətiləşir - YENİLƏNİB-2

Dünya

29 Noyabr 2018, 03:36

03:36

Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turun ilkin nəticələrini açıqlayıb.

Modern.az xəbər verir ki, MSK-nın məlumatına görə, ölkə üzrə 3705 məntəqədən daxil olan bülletenlərin 97 faizi sayılıb.

Həmin göstərici üzrə nəticələrdə hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 59,6 faiz, “Güc birlikdədir” müxalifət blokunun namizədi Qriqol Vaşadze isə 40,4 faiz səs toplayıb.

***

03:00

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 28-də ölkədə keçirilmiş prezident seçkisinin II turunun ilkin nəticələri barədə daha bir məlumat yayıb.

Modern.az xəbər verir ki, MSK-nın məlumatına görə, artıq ölkə üzrə 3705 məntəqədən daxil olan bülletenlərin 69,99 faizi sayılıb.

Bu nəticələrə görə, hakim "Gürcü Arzusu" Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili səslərin 59,01 faizini qazanıb. 

Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 40,99 faiz səs toplayıb.

***

01:02

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) bu vaxta qədər seçki məntəqələrinin yarısından çoxu üzrə səsvermə nəticələrini elan edib.

Modern.az xəbər verir ki, MSK-nın məlumatına görə, seçki məntəqələri saat 20:00-da bağlanıb və bundan sonra səslərin hesablanmasına başlanılıb. Ölkə üzrə 3705 məntəqədən daxil olan bülletenlərin 50,74 faizi sayılıb.

Rəsmi açıqlamada bildirilir ki, hakim "Gürcü Arzusu" Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili səslərin 58,03 faizini qazanıb.

Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 41,97 faiz səs toplayıb.

 

Prezident seçkilərinin ikinci turu ilə bağlı 3705 seçki məntəqəsi fəaliyyət göstərib. Nəticələr 1970 seçki məntəqəsini əhatə edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal