Modern.az

NİSSAN Azərbaycan regional yarışmalardan 2 medal qazandı (FOTOLAR)

NİSSAN Azərbaycan regional yarışmalardan 2 medal qazandı (FOTOLAR)

Təhsil

9 Noyabr 2011, 12:02

Peşəkar xidmət səviyyəsinin artırılmasına hər zaman xüsusi diqqət ayıran Nissan Azərbaycan ötən həftə satış və servis sahəsində çalışan 2 əməkdaşının uğuruna sevindi. NISSAN-ın Yaxın və Orta Şərq üzrə Regional ofisinin ən yaxşı satış, servis və ehtiyat hissələri mütəxəssislərini təyin etmək üçün təşkil etdiyi Regional yarışmada Fikrət Mirzəyev regionun 3 ən yaxşı satıcısı, Zarema Əliyeva isə regionun 3 ən yaxşı servis qəbulçusu sırasına düşməyi bacardı.   

Bu göstəricilər regionda distribütorluq ənənələrinin əsasını qoyan Nissan Azərbaycan-ın Satış və Servis Mərkəzlərində peşəkarların çalışdığının və bunun məntiqi nəticəsi kimi müştəriyə yüksək səviyyəli xidmətin göstərildiyinin bariz nümunəsidir.       

“NURGÜN Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NISSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

“Nurgun Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür. 


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama