Modern.az

Rusiya Gürcüstana güzəştə getdi

Rusiya Gürcüstana güzəştə getdi

Dünya

10 Noyabr 2011, 10:02

Rusiya ilə Gürcüstan arasında anlaşma olub.

Modern.az saytı gürcüstan mediasına istinadən bildirir ki, Cenevrədə Rusiya və Gürcüstan nümayəndələri Rusiyanın Ümümdünya Ticarət Təşkilatına üzv qəbul edilməsi ilə bağlı saziş imzalayıb. Bu barədə kütləvi informasiya vasitələrinə Gürcüstanın ÜTT-dəki nümayəndəsi Zurab Çiaberaşvili məlumat verib. 

Gürcüstan xarici işlər naziri Nino Kalandadzenin verdiyi məlumata görə, isə Gürcüstan Rusiyanın bu təşkilata üzvlüyünün qarşısını alan ölkə idi. Ancaq  tərəflər razılığa Rusiyanın Gürcüstan tərəfinin irəli sürdüyü şərtləri qəbul etməsindən sonra gəlib. Belə ki, Rusiya İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda Gürcüstanın irəli sürdüyü güzəştli şərtləri qəbul edib. Bu şərtlərə Gürcüstanın öz ərazisi hesab etdiyi Abxaziya və Cənubi Osetiya sərhədlərində daşınan yüklərin monitorinqi aiddir. 

İndiyədək Gürcüstan tələb edirdi ki, sərhəddə gürcü sərhədçiləri olsun və yoxlamanı da onlar həyata keçirsinlər. Abxaziya və Cənubi Osetiyanı müstəqil ölkə kimi qəbul edən Moskva isə bu tələbi rədd edirdi. İndi razılığa görə, üç ticarət dəhlizi yaradılacaq və əmtəə mübadiləsini həyata keçirəcək beynəlxalq monitorinq təşkil ediləcək. Bu monitorinqi vasitəçi qismində çıxış edən İsveçrə təmin edəcək. Rusiya və Gürcüstan arasında məlumatların elektron mübadiləsinin bərpası da nəzərdə tutulur.

Modern.az 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza