Modern.az

Türkiyənin Van bölgəsində yeni zəlzələ baş verib: ölən və yaralananlar çoxdur

Türkiyənin Van bölgəsində yeni zəlzələ baş verib: ölən və yaralananlar çoxdur

10 Noyabr 2011, 10:14


Türkiyənin Van bölgəsində dalbadal yeni zəlzələlər baş verib. Noyabrın 9-da axşam saatlarında qeydə alınan 5,7 ballıq yeraltı təkanlar yenə dağıntılara, ölümlərə yol açıb.
Modern.az “Milliyət”ə istinadən bildirir ki, ötən gecə baş vermiş zəlzələ nəticəsində 25 bina dağılıb, 7 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Son məlumata görə, 23 nəfər dağıntılar altından sağ çıxarılıb.

Dağılan binalardan biri jurnalistlərin və xilasedicilərin qaldığı “Bayram” otelidir.

Daha öncə. oktyabrın 23-də Vanda baş vermiş 7,2 ballıq zəlzələ nəticəsində 600-ə yaxın insan həlak olub, on minlərlə insan ev-eşiyini itirib.  

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama