Modern.az

Gənclər Təşkilatları Milli Şurası Konstitusiya günü ilə bağlı tədbir keçirib

Gənclər Təşkilatları Milli Şurası Konstitusiya günü ilə bağlı tədbir keçirib

10 Noyabr 2011, 11:43

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Dağlıq Qarabağın azərbaycanlı icmasının birgə təşkilatçılığı ilə 12 noyabr Konstitusiya gününə həsr edilmiş konfrans keçirilib.
Konfransda Konstitusiya məhkəməsinin hakimi Ceyhun Qaracayev, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov, ARGTMŞ-ın sədri, millət vəkili Fuad Muradov, millət vəkili Rövşən Rzayev, beynəlxalq təşkilatların nümayəndələri, məcburi köçkün gənclər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə konfrans açıq elan edilib. Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Bayram Səfərov, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev Azərbaycan Konstitusiyası haqqında məruzə ilə çıxış ediblər. Geniş məruzəsi zamanı C. Qaracayev Konstitusiyamızın əsas müddəaları, insan hüquq və azdlıqları haqqında geniş məlumat verib.

Tədbirdə ARGTMŞ sədri, millət vəkili Fuad Muradov çıxışı zamanı bildirib ki, bu gün Azərbaycan gəncləri Konstitusiya, dövlət rəmzlərimiz haqqında geniş məlumatlı olmalıdır. Millət vəkili Milli Şuranın bu istiqamətdə bir sıra layihələr həyata keçirdiyini qeyd edib. Yaxın gələcəkdə Konstitusiya imtahanı adlı layihəyə də start veriləcəyini açıqlayıb. Fuad Muradov bildirib ki, bu gün Azərbaycanın ərazi bütövlüyü məsələsi bizim bir nömrəli məsələmizdir. Gənclərimiz bu istiqamətdə  çalışmalı və hər yerdə ölkəmizi təbliğ etməlidirlər.

Millət vəkili Rövşən Rzayev çıxışı zamanı ölkəmizin hüquqdlarından kənarda Azərbaycan həqiqətlərinin çatdırılmasına diqqət çəkərək bildirib ki, bu gün hər bir vətəndaş bu istiqamətdə iş aparmalıdır.

Tədbirdə Dağlıq Qarabağ icmasının İdarə heyətinin üzvü Fərhad Bədərdəyli çıxış edərək bildirib ki, bu gün milli Konstitusiyamız bizim suverenliyimizin rəmzidir. Lakin işğal altında olan torpaqlarımızın azad edilməsindən sonra biz bu bayramı daha yüksək ruhda qeyd edəcəyik.

Tədbirdə Milli Şuranın İdarə heyətinin üzvləri, gənclər, çıxış ediblər. Bir fikir əsas olaraq qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü bu gün ən ümdə olan vəzifəmizdir.

Qeyd edək ki, hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib.



Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama