Modern.az

Türkiyədəki zəlzələdən yeni xəbər

Türkiyədəki zəlzələdən yeni xəbər

Dünya

10 Noyabr 2011, 16:13

Van vilayətinin Ərdəmit bölgəsində 5,6 bal gücündə baş verən zəlzələdənm sonra dağıntılarin altından 27 nəfər sağ çıxarılıb.

Çökən otel binasının dağıntıları altında isə 8 nəfərin meyiti tapılıb.

 Modern.az saytı “Hurriyet” qəzetinə istinadən xəbər verir ki, ilk məlumata görə, 25 bina zəlzələ nəticəsində zərər görüb. 104-ü qeyri hökümət təşkilatlarının mənsubları olmaqla ümumilikdə, 783 xilasedici ərazidə axtarışları davam etdirir.

Əraziyə 986 çadır, 5 min 280 ədyal göndərildiyi bildirilib. 

Baş nazirin müavini Bəşir Atalay Vanda baş verən zəlzələdən sonra baş tutan toplantıdan çıxdıqdan sonra verdiyi açıqlamada bildirib ki, zəlzələ nəticəsində zərər görən 25 binadan 23-ü əvvəl baş verən zəlzələdə zərər gördüyü üçün boş olub. O, sadəcə ucan iki otelin dağıntıları altında insanların olduğunu bildirib. 

Jurnalistlərin suallarını cavablandıran B.Atalay bildirib ki, dağıntılar altında nə qədər insanın qalmasdı barədə dəqiq məlumat yoxdur.

Qeyd edək oktyabrın 23-də Vanda 7,2 bal gücündə zəlzələ baş vermişdi, 600-dənm çox insan isə həyatını itirmişdi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza