Modern.az

Azərbaycanda hərbi yönümlü yeni sayt fəaliyyətə başlayır

Azərbaycanda hərbi yönümlü yeni sayt fəaliyyətə başlayır

10 Noyabr 2011, 17:09

Noyabrın 15-də “Hərbi And” qəzetinin onlayn rejimdə saytı fəaliyyətə başlayacaq. Bu barədə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri Emin Həsənli Modern.az-a məlumat verib. 

Emin Həsənli bildirib ki, noyabrın 15-də həm də “Hərbi And” qəzetinin 9 yaşı tamam olur və qəzetin saytı da məhz həmin gün onlayn rejimdə fəaliyyətə başlayacaq.

Qeyd edək ki, “Hərbi And” qəzeti gənclərə vətənpərvərlik aşılanması, vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində fəaliyyət göstərir. Qəzetdə Azərbaycan və dünya ilə bağlı hərbi yönümlü xəbərlər, vətənpərvər ruhlu məqalələr və müsahibələr yer alır. Emin Həsənli bildirib ki, qəzetin onlayn rejimdə fəaliyyət göstərəcək  saytında da Azərbaycan və dünya ildə bağlı hərbi yönümlü xəbərlər, müxtəlif rubrikalarda tanınmış insanlarla vətənpərvərliyi təbliğ edən müsahibələr yer alacaq, araşdırma xarakterli məqalələr veriləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama