Azərbaycanda siyasi məhbuslarla bağlı durum noyabrın 16-da Parisdə keçiriləcək Avropa Şurası Parlament Assambleyasının İnsan Haqları və Hüquq məsələləri üzrə Komitənin iclasının gündəliyinə salınıb.
Bu barədə Modern.az-a “İnsan Haqları Uğrunda” İctimai Birliyindən məlumat verilib.
Ölkəmizin AŞ PA-dakı nümayəndə heyətinin üzvü deputat Aydın Abbasov isə məsələyə bu şəkildə yanaşmanın əleyhinədir. O, hesab edir ki, Azərbaycanda siyasi məhbus yoxdur:
“Bu, Azərbaycana münasibətdə Qərbin ikili standartının nəticəsidir. Azərbaycan demokratiya yolunu tutub və inkişaf edir. Ancaq görünür Azərbaycandakı bu inkişafı gözü götürməyənlər də var. Belədirsə, onda biz də deyirik ki, Almaniyada, Fransada da siyasi məhbus var”.
Deputat bu fikri məruzəçi Kristofer Ştrasserin də diqqətinə çatdırdıqlarının bildirib.
Modern.az