Modern.az

Rusiyada relsdən çıxan qatardakı tanklar yerə töküldü – VİDEO

Rusiyada relsdən çıxan qatardakı tanklar yerə töküldü – VİDEO

Dünya

1 Dekabr 2018, 22:11

Sosial şəbəkədə Transsibir magistralında qatarın aşmasının görüntüləri yayılıb. Modern.az  axar.az-a istinadən xəbər verir ki, yük qatarı ötən gün Omsk və Tümen vilayətlərinin sərhədində, Manqut stansiyasında relsdən çıxıb. Vaqonların aşması nəticəsində qatarın daşıdığı hərbi texnika, o cümlədən tanklar aşıb.

 

Xəsarət alanın olmadığı, o cümlədən ətraf mühitə ziyan dəymədiyi bildirilib.

 

Relsin təmirindən sonra yük mənzil başına çatdırılacaq.

 

Hadisə ilə əlaqədar cinayət işi açılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu