Macarıstan Respublikasının Prezidenti Pal Şmitt noyabrın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. (AzərTAc)
Macarıstan Respublikasının Prezidenti Pal Şmitti hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Milli geyimli uşaqlar Macarıstan Prezidentinə gül dəstəsi təqdim ediblər.
Hava limanının ali qonaqlar üçün salonunda Prezident Pal Şmitt və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.
Modern.az