Modern.az

Konstitusiyanın inkişaf mərhələləri və gələcək hədəfləri müzakirə olunub

Konstitusiyanın inkişaf mərhələləri və gələcək hədəfləri müzakirə olunub

Təhsil

11 Noyabr 2011, 12:22

Gənclər üçün Təhsil Mərkəzində Konstitusiyamızın qəbul olunmasının 16 illiyinə həsr olunmuş “Azərbaycan dövlətçilik tarixində Konstitusiyanın inkişaf mərhələləri və gələcək hədəflər” mövzusunda dəyirmi masa keçirilib.

Hüquqşünasların, gənc elmi işçilərinin və QHT nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masanın əsas  məqsədi konstitusiyanın hüquqi dövlətimizin qurulmasındakı rolu, əhəmiyyəti və təbliği yolları barədə müzakirə etmək, eyni zamanda gələcək hədəfləri müəyyənləşdirmək idi.

Qurumdan Modern.az saytına verilən məlumata görə dəyirmi masada əsas müzakirə obyekti Azərbaycan dövlətçiliyi tarixində mövcud olan konstitusiyalar və bu günkü konstitusiyamızı fərqləndirən cəhətlər olub. Belə ki, 16 il bundan öncə qəbul edilmiş son konstitusiyamızın üstünlükləri və orada insan hüquq və azadlıqlarına geniş yer ayrılmasına xüsusilə toxunulmuş, onun əvvəlki konstitusiyalarımızdan köklü şəkildə fərqləndiyi barədə söhbət açılıb.

  Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama