Modern.az

Bahar Muradova: “Növbəti prezident seçkilərində də qalib gələcəyik”

Bahar Muradova: “Növbəti prezident seçkilərində də qalib gələcəyik”

Təhsil

11 Noyabr 2011, 13:12

“İstənilən sivil bir ölkədə, istənilən demokratik bir cəmiyyətdə ən müxtəlif siyasi dairələri təmsil edən , siyasi iddialarını ortaya qoyan insanlar seçki  yarışına özlərini hazır görməlidirlər”.
Bunu mətbuata açıqlamasında vitse-spiker Bahar Muradova deyib. Onun dediyinə görə, eyni zamanda, həmin iddiada olanların da öz namizədliklərini irəli sürməsi  çox məqbul və normal haldır.

“Mən buna normal baxıram. Ancaq mən konkret özümüz haqqında deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası olaraq özümüzü çox güclü hiss edir və hesab edirik ki, bu seçkilərdə - növbəti prezident seçkilərində də qalib gələcəyik, seçkiləri qalibiyyətlə başa vuracağıq. Başqaları haqda isə fikir söyləmək istəməzdim. Bununla belə onu da qeyd etmək istəyirəm ki, istənilən namizədliyini irəli sürən  və qanunla qeydə alınan şəxs bizimlə rəqibdir”- deyə, Milli Məclis sədrinin müavini sonra qeyd edib.

“Əsas odur ki, insanlar bir-biriləri ilə danışmaq istəsinlər,gələcək həyatlarını, birgəyaşayışlarını birlikdə müzakirə etsinlər.Ona görə indi bu görüşü-icmaların görüşünün harada keçirməyin də elə bir əhəmiyyəti yoxdur, harada mümkün olsa, orada da keçirmək lazımdır”. Bunu isə məlum açıqlamasında Milli Məclis sədrinin müavini Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının Xankəndidə deyil , Almaniyada görüşünün nəzərdə tutulmasına münasibətini bildirərkən dilə gətirib.

“Xankəndi Azərbaycan torpağıdır. Düzünü desəm, icmaların görüşünün Xankəndidə  keçirilməsi yönündə də belə bir təklifin olub-olmadığı barədə məlumatlı deyiləm. Amma Xankəndidən  görüşlə bağlı təklifimə  ilkin olaraq etiraz eşitmişdim. Istənilən halda ermənilərin də bu etirazını qəbul etmirəm. Eyni zamanda,  biz bu məsələdə həddindən artıq səbrli olmalıyıq . Hər kəs-orada təmsil olunan insanlar Azərbaycan vətəndaşlarıdır və Azərbaycanın istənilən bölgəsində də görüş keçirmək olar, bunu da vacib hesab edirəm.  Amma əsas odur ki,insanlar bir-biriləri ilə danışmaq istəsinlər,gələcək həyatlarını birgə müzakirə etmək üçün bir araya gəlsinlər . İndi bunu da harada keçirməyin elə bir əhəmiyyəti yoxdur,harada mümkün olsa, orada da keçirmək lazımdır”-deyə, vitse-spiker sonda sözlərinə əlavə edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama