Modern.az

Rövnəq Abdullayev Qurban Qurbanovun milli komandanın baş məşqçisi olmasını istəmir

Rövnəq Abdullayev Qurban Qurbanovun milli komandanın baş məşqçisi olmasını istəmir

Təhsil

11 Noyabr 2011, 14:38

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasında baş məşqçi məsələsinə növbəti dəfə münasibət bildirib. 

Affa Prezidenti jurnalistlərə açıqlamasında yığmamızı yerli mütəxəssisin çalışdırmağını istədiyini bildirib.

Ancaq belə məşqçi sarıdan korluq çəkdiklərini gizlətməyən Rövnəq Abdullayev adı milli komandanın rəhbərliyinə namizədlər sırasında daha çox hallandırılan “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun namizədliyi ilə də bağlı fikrini açıqlayıb:

“Məndən olsaydı, yığmamızın baş məşqçisinin yerli olmağını istərdim. Ancaq bizdə hələ o səviyyədə mütəxəssis yoxdur. Qurban Qurbanov isə hələ gəncdir. Milli komandamızın baş məşqçisi məsələsinə AFFA-nın İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcək”.

Qeyd edək ki, 2008-ci ilin aprelindən millimizi çalışdıran almaniyalı Berti Foqtsun AFFA ilə bağladığı müqavilənin müddəti bu ilin sonunda bitir.

B.Foqts özü bir neçə gün öncə alman mətbuatına artıq Azərbaycandan getmək istədiyini açıqlayıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama