Şamaxı sakini dəm qazından boğularaq ölüb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Şamaxı şəhəri, Nərimanov küçəsi, 89 ünvanında baş verib.
Həmin ünvanda yaşayan 1975-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələsgər oğlu yaşadığı evin həyətindəki hamamda dəm qazından boğularaq ölüb.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırmalar aparılır.