Modern.az

Bakıdakı orta məktəbdə partlayış olub, 1 şagird yaralanıb

Bakıdakı orta məktəbdə partlayış olub, 1 şagird yaralanıb

Təhsil

11 Noyabr 2011, 15:01


Modern.az xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda 234 saylı orta məktəbdə partlayış baş verib, 1 şagird xəsarət alıb. Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb. Məlumatda bildirilir ki, ilkin araşdırmalar nəticəsində, partlayışın məktəbin 3-cü mərtəbəsində, sanitar qovşağında baş verdiyi məlum olub. Hadisə yerinə cəlb olunmuş xilasedicilər tərəfindən zərərçəkmişə ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım briqadasının həkimlərinə təhvil verilib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Partlayış zamanı zərər çəkən 11-ci sinif şagirdi Məmiş İbadov hazırda 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsində müalicə olunur. Xəstəxanadan verilən məlumata görə, şagirdin başı, kürəyi və iki əli yanıb. Onun vəziyyəti ikinci dərəcəli yanıq xəsarəti kimi qiymətləndirilir. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama