Səudiyyə Ərəbistanında Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarlar geriyə - Azərbayacan qayıtmağa başlayıblar. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, noyabrın 9-da Məkkədən avtobuslarla yola çıxan azərbaycanlı zəvvarlar İraqdan keçərkən Kərbəlanı da ziyarət edəcəklər. Zəvvarlar İraqda iki gün qalacaqlar.
Noyabrın 14-dən isə Həccə təyyarə ilə getmiş azərbaycanlı zəvvarları geriyə qayıdacaqlar. Zəvvarlarımızı gətirən sonuncu təyyarə noyabrın 20-də Bakıya enəcək.
Qeyd edək ki, avtobus və təyyarələrlə Həcc ziyarətinə 2500 azərbaycanlı zəvvar gedib. Modern.az saytının məlumatına görə, bul Həcc ziyarətinə gedənlər arasında Milli Məclisin bir deputatı da olub. O, 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat seçilmiş qalib Salahzadədir. Qafaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası Qalib Salahzadə bundan əvvəl də Həccdə olub və bu, onun müqəddəs yerlərə ilk ziyarəti deyil.
Modern.az