Modern.az

Millət vəkili etirazını bildirib: “Bu əsl həyasızlıq nümənisidir”

Millət vəkili etirazını bildirib: “Bu əsl həyasızlıq nümənisidir”

Təhsil

11 Noyabr 2011, 16:02

Milli Məclisin deputatı Leyla Abdullayeva son günlər mətbuatda geniş əks-sədaya səbəb olmuş Rusiyanın RTR televiziyasının aparıcısı Vladimir Solovyovun anti-Azərbaycan xarakterli çıxışlarına etirazını bildurib. Deputat bununla bağlı ona ünvanlanmış suala cavab olaraq bildirib ki, bu tipli çıxışlar aparıcı tərəfindən birinci dəfə deyil ki, edilir.
“Solovyov neçə müddətdir ki, ermənipərəst mövqeyi ilə tanınır ki, bunu heç gizlətməyə də çalışmır. Mən bu baxımdan bir şeyə diqqət çəkmək istərdim ki, indiki hay-küy erməni əsilli Rusiya vətəndaşının Azərbaycana buraxılmaması ilə bağlıdır. Bu baxımdan mənim vurğulamaq istəfiyim bir məqam var. Hüquqi aktların qüvvəsinə görə, dünyada BMT Təhlükəsizlik Şurasının Qətnaməsindən yülsək hüquqi qüvvəsi olan bir sənəd yoxdur. Dörd belə qətnamə qəbul edililsə də, hələ icra edilməyib. Belə yüksək səviyyəli hüquqi  aktın müqabilində hansısa adi viza sənədlərinin qəbulu ilə bağlı hüquqların tələb edilməsi, hay-küy salınması yersiz və əsassız haldan başqa şey deyil və əsl həyasızlıq nümənisidir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama