Modern.az

Etibar Məmmədov Londonda sədr müavini seçildi

Etibar Məmmədov Londonda sədr müavini seçildi

Təhsil

11 Noyabr 2011, 17:57

Xəbər verildiyi kimi, AMİP lideri Etibar Məmmədov, AMİP sədri Yusif Bağırzadə və baş katib Arzuxan Əlizadə Beynəlxalq Demokrat İttifaqının (BDİ) 10-11 noyabrda Böyük Britaniyada keçirilən Liderlərin Zirvə Toplantısında iştirak etmək üçün Londonda rəsmi səfərdədirlər.

AMIP-dən Modern.az-a verilən məlumata görə, toplantıda quruma üzv olan partiya liderləri “Qlobal Maliyyə Riskləri”, “Ərəb İnqilabları”, “Böhranlar dövründə ictimai islahatlar” və “XXI əsrdə azadlıq və demokratiyanın gücləndirilməsi” kimi vacib problemlərlə bağlı ciddi müzakirələr aparıb və bir sıra sənədlər qəbul ediblər.

Zirvə toplantısında Avstraliyanın sabiq baş naziri Con Hovard BDİ-nin sədri, AMİP lideri Etibar Məmmədov isə yenidən sədr müavini seçilib.

BDİ-nin zirvə toplantısında AMİP lideri E.Məmmədov geniş məruzə ilə, Xarici Əlaqələr Daimi Komitəsində AMİP sədri Yusif Bağırzadə isə Azərbaycandakı mövcud durumla bağlı çıxışlar ediblər. 

BDİ-nin Zirvə Toplantısı çərçivəsində Böyük Britaniyanın baş naziri Devid Kameron liderləri  öz iqamətgahında qəbul edib.

Xatırladaq ki, AMİP 1997- ci ildən dünyanın 70-ə yaxın ölkəsinin 80-dən çox sağ-mərkəzçi partiyasını özündə birləşdirən nüfuzlu Beynəlxalq Demokrat İttifaqının üzvü, Etibar Məmmədov isə bu möhtəbər qurumun 2005-ci ildən sədr müavinidir.

Onu da qeyd edək ki, BDİ-yə daxil olan bir sıra partiyalar, o cümlədən, Böyük  Britaniyanın  Konservatorlar, Fransanın Xalq Hərəkatı Birliyi, Almaniyanın Xiristian Demokrat, Italyanın  “İrəli İtaliya”, Macarıstanın Macar Vətəndaş Birliyi, Norveçin Mühafizəkar, Kanadanın  Mühafizəkarlar, Avstraliyanın Liberal, İsveçin “Moderat”, Danimarkanın Mühafizəkar Xalq  Partiyası hazırda öz ölkələrində hakimiyyətdədir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama