Modern.az

İlham Məmmədovla Musa Quliyev Kiprə gedir

İlham Məmmədovla Musa Quliyev Kiprə gedir

Təhsil

11 Noyabr 2011, 18:10

Noyabrın 14-də Milli Məclisin deputatları Musa Quliyev və İlham Məmmədov Şimali Kipr Türk Cümhuriyyətinin – KKTC-nin 28-ci Quruluş ildönümünə həsr olunan rəsmi dövlət tədbirlərinə qatılmaq üçün bu ölkənin paytaxtı Lefkoşa şəhərinə səfərə yola düşəcəklər.
Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verib.

Bayram tədbirləri Lefkoşada Atatürkün xatirəsinə ucaldılmış abidənin önündən start götürəcək, KKTC-nin ilk dövlət başçısı Dr. Fazıl Küçükün  məzarı ziyarət olunacaq, daha sonra onun adını daşıyan bulvarda rəsmi keçid mərasimi ilə yekunlaşacaq.

Deputatlar mərasimlərdə iştirak və çıxış edəcək, səfər çərçivəsində KKTC-nin Prezidenti Dərviş Əroğlu, Spikeri Həsən Bozər, Baş naziri İrsen Küçük, XİN başçısı Hüseyn Özgürgün ilə görüşlər keçirəcəklər. 
Səfər noyabrın 18-də başa çatacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama