Modern.az

Azərbaycan Türkiyəyə yardım karvanı göndərib (FOTOLAR)

Azərbaycan Türkiyəyə yardım karvanı göndərib (FOTOLAR)

12 Noyabr 2011, 14:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, noyabrın 12-də Fövqəladə Hallar Nazirliyinin (FHN)  tərəfindən avtomobil karvanı ilə Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkmiş insanlara növbəti yardım yola salınıb. Həmin avtomobil karvanı ilə 200 yataq çarpayısı, 150 ədəd çadır təbii fəlakət bölgəsinə göndərilib. Bu barədə FHN-dən məlumat verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bundan əvvəl Fövqəladə Hallar Nazirliyi tərəfindən 1250 ədəd çadır, 700 səhra yataq dəsti, 5000-dən artıq ədyal, 2000 yataq dəsti, 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2 səhra mətbəxi təbii fəlakətdən zərər çəkmiş bölgəyə çatdırılıb. Eyni zamanda, Van bölgəsində xilasetmə əməliyyatlarında yaxından iştirak edən Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından 12 şəxs xilas edilmiş, 60 cəsəd çıxarılmışdı.




Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama