Modern.az

2012-ci ildə QHT-lərin maliyyələşdirilməsi məsələsi müzakirə olunacaq

2012-ci ildə QHT-lərin maliyyələşdirilməsi məsələsi müzakirə olunacaq

Təhsil

14 Noyabr 2011, 09:42

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci il maliyyə yardımı müsabiqəsinin mövzularını və qaydalarını müzakirə edəcək.

Bu barədə Modern.az saytına qurumun mətbuat xidmətindən məlumat daxil olub.

Tədbirdə qeyd edilən mövzuda müzakirələr aparılacaq, ayrı-ayrı QHT rəhbərlərinin təklifləri dinləniləcək.

Qeyd edək ki, tədbir 16 noyabr 2011-ci il saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında keçiriləcək.

Modern.az

           

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama